Böyük kəşf: Dünya tıxaclardan azad olur

Oxunma sayı: 435
5-01-2020, 15:39

Böyük kəşf: Dünya tıxaclardan azad olur
Sankt-Peterburq Universitetinin alimləri Aleksandr Krılatov və Viktor Zaxarov böyük şəhərlərdə tıxaclarla mübarizə aparmaq üçün riyazi alqoritmdən istifadə etməyi təklif ediblər.

Arasdırma.info xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” məlumat yayıb.

Riyaziyyatçılar hesab edir ki, riyazi modellərdən istifadə etməklə nəqliyyat vasitələrinin “rəqəmsal oxşarlarını” işləyib hazırlamaqla bu və ya digər insfrastruktur dəyişikliyi zamanı hər bir lokal yol şəbəkəsi hissəsində nəqliyyatın necə dəyişdiyini izləmək mümkündür.

“Hər il yolların yaxşılaşdırılmasına böyük miqdarda büdcə ayrılır. Nəqliyyat axınlarının paylaşdırlması nəzəriyyəsi bu pul vəsaitlərindən səmərəli istifadə edilməsi üçün həll yollarını təklif edir”, - deyə Aleksandr Krılatov bildirib.Axar.az

Paylaş
Xəbər lentİ