Yol polisi texniki cəhətdən nasaz olan nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib

Oxunma sayı: 439
10-01-2020, 16:19

Yol polisi texniki cəhətdən nasaz olan nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi texniki cəhətdən nasaz olan nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib.

Müraciətdə avtomobil yollarında bəzi şəxslər tərəfindən yüklərin daşınmasında texniki cəhətdən nasaz və istismara yararsız nəqliyyat vasitələrindən istifadə edildiyi qeyd olunub. Diqqətə çatdırılıb ki, bir sıra hallarda yük daşıyan nəqliyyat vasitələri nasazlıq yarandığı zaman yol kənarlarında və ya yolların hərəkət hissəsində saxlanılır. Bu cür hallar hərəkətin digər iştirakçılarının həyat və sağlamlığına ciddi təhlükə yaratmaqla, ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər.

“Xatırladırıq ki, yüklərin daşınması zamanı təhlükəsizlik tədbirlərinə riayət olunmalı, texniki standartlara uyğun gəlməyən, o cümlədən əyləc sistemi, sükan idarə mexanizmi, xarici işıq cihazları, qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları, təkərləri, şinləri, mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitələrinin istismarı yol verilməzdir. Belə faktların aşkarlanaraq müvafiq tədbirlərin görülməsi istiqamətində DYP əməkdaşları tərəfindən tədbirlər davam etdirilir”, - deyə müraciətdə bildirilib.Azərtac

Paylaş
Xəbər lentİ