ŞOK DƏYİŞİKLİK: 800 min nəfər təqaüd ala bilməyəcək

Oxunma sayı: 411
21-01-2020, 17:48

ŞOK DƏYİŞİKLİK: 800 min nəfər təqaüd ala bilməyəcək
Rusiyada 800 min nəfər təqaüdə çıxmayacaq.

Arasdırma.info xəbər verir ki, buna səbəb təqaüd yaşına edilən dəyişikliklərdir.

Rusiya Pensiya Fondunun rəhbəri Anton Drozdovun açıqlamasına görə, yaşa görə təqaüdə çıxma azalsa da, çoxuşaqlı anaların pensiyaya çıxmasında artım olacaq. Beləlikə, balans tənzimlənəcək.

Qeyd edək ki, Rusiyada təqaüd yaşının artırılması 2018-ci ildən bəri davam edir. Prezident Vladimir Putinin elan etdiyi sosial dövlət islahatları çərçivəsində aparılan dəyişikliklərə əsasən, 2028-ci ilədək təqaüd yaşı qadınlarda 60-a (55 əvəzinə), kişilərdə isə 65-ə (60 əvəzinə) çatacaq.Publika.az

Paylaş
Xəbər lentİ