Arasdirma.info

Bakıda əhaliyə 6 milyard manatlıq xidmət göstərildi

7-02-2020, 00:34

Bakıda əhaliyə 6 milyard manatlıq xidmət göstərildi
2019-cu ildə Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci illə müqayisədə real ifadədə 4 faiz artaraq 6 milyard 064,6 milyon manat olub.

Arasdırma.info xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 800,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 62,7 faizini təşkil edib.

2019-cu ildə Bakıda ictimai iaşə dövriyyəsi 2018-ci illə müqayisədə real ifadədə 8,8 faiz artaraq 1 milyard 160,4 milyon manat olub. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,2 faizi hüquqi şəxs statuslu müəssisələrin, 58,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci illə müqayisədə 4,8 faiz artaraq 481 milyon manat təşkil edib.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN