Arasdirma.info

SON DƏQİQƏ: Naxçıvana uçuşlar dayandırıldı

28-02-2020, 00:11

SON DƏQİQƏ: Naxçıvana uçuşlar dayandırıldı
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Naxçıvandan İstanbul şəhərinə uçuş həyata keçirmir”.

Bu barədə Publika.az-a Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib. Məlumata görə, Naxçıvan-İstanbul istiqamətində uçuşlar martın 14-dən etibarən reallaşdırılacaq.

xxx

Türk Hava Yolları Naxçıvan Muxtar Republikasına uçuşları dayandırıb.

Publika.az TRT-yə istinadən xəbər verir ki, şirkətin İdarə Heyətinin sədri İlkər Aycı koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində verilən bu qərarın müvəqqəti olduğunu bildirib.

“Naxçıvana uçuşlarımızı müvəqqəti olaraq dayandırdıq. Bakı, Gəncə və digər yerlərə uçuşlarımız davam edir”, - sədr qeyd edib.

Bundan başqa, Türk Hava Yollarının Cənubi Koreyanın paytaxtı Seula nəzərdə tutulan aviareysləri azaldılıb.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN