Arasdirma.info

Polisə müraciət edənlər ilkin yoxlamadan keçəndən sonra binalara buraxılır

2-04-2020, 19:13

Polisə müraciət edənlər ilkin yoxlamadan keçəndən sonra binalara buraxılır
Ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədi ilə kompleks tədbirlər həyata keçirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, koronavirus infeksiyasından həm özünüzün, həm də yaxınlarınızın qorunması üçün mütləq qaydada fərdi gigiyena tələblərinə əməl etmək tövsiyyə olunur.

Bu məqsədlə Polis İdarə, Şöbə və Bölmələrində də mütəmadi olaraq müvafiq qaydada dezinfeksiya işləri görülür. Polisə müraciət edən şəxslər ilkin yoxlamadan keçiriləndən və gigiyenik normalara əməl edəndən sonra inzibati binalara buraxılırlar.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN