Plan təsdiqləndi: Kimlərə nə qədər veriləcək? - Tam siyahı

Oxunma sayı: 353
4-04-2020, 18:20

Plan təsdiqləndi: Kimlərə nə qədər veriləcək? - Tam siyahı
Baş nazir Əli Əsədov koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmalarla bağlı Tədbirlər Planını təsdiqləyib.

Arasdırma.info Tədbirlər Planını təqdim edir: Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə:

1. “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulan icraçı orqan və qurumlar müvafiq tədbirlərin müəyyən olunmuş icra müddətində yerinə yetirilməsini təmin etsinlər və görülmüş işlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə mütəmadi olaraq məlumat versinlər.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Paylaş
Xəbər lentİ