Ələkbərovun Bakıdakı villası satılır: 15 milyona... - Foto

Oxunma sayı: 382
2-05-2020, 20:04

Ələkbərovun Bakıdakı villası satılır: 15 milyona... - Foto
Bakının Tiflis prospektində yerləşən iqamətgah 15 milyon manata satışa çıxarılıb.

Arasdırma.info Hit.az-a istinadən xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Qulu İbrahimli məlumat verib.

Onun sözlərinə görə, dəbdəbəli mülk Rusiyada yaşayan azərbaycanlı neft milyarderi Vahid Ələkbərova məxsusdur:

"Rusiyanın "Lukoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərov Bakıdakı məşhur iqamətgahını 15 milyon manata (8,8 milyon dollar) satışa çıxarıb. Tiflis prospekti, “Avropa” oteli və Heydər Əliyev İdman Sarayının yaxınlığında yerləşən gözəl 3 mərtəbəli iqamətgah 36 sot torpaq və 1500 kvadratmetr ümumi tikili sahəsinə malikdir. İqamətgah xüsusi dizayn olunmuş mebellərlə, lampalar, qablar, rəsm əsərləri və s. ilə tam təchiz olunub. Yaxşı baxılmış meyvə və dekorativ ağacları olan gözəl bağı var".

Paylaş
Xəbər lentİ