Daha bir qurumun başının üstünü qara buludlar aldı: qiymət qalxacaq?

Oxunma sayı: 352
3-06-2020, 02:56

Daha bir qurumun başının üstünü qara buludlar aldı: qiymət qalxacaq?

"Keçən il bir sıra dövlət müəssisələrində göstərilən xidmətlərin müəyyən mənada subsidiyalaşdırılması həyata keçirilib"

"Keçən il bir sıra dövlət müəssisələrində göstərilən xidmətlərin müəyyən mənada subsidiyalaşdırılması həyata keçirilib. Bu, ilk növbədə "Bakı Metropoliteni" QSC-dir. Gediş haqqı real istismar xərclərini ödəmədikdə dövlət tərəfindən dotasiya verilir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2019-cu ilin dövlət büdcəsinin icrasına dair məsələnin müzakirəsi zaman deyib.

Nazir bildirib ki, "Azəristiliktəchizat" ASC üçün də müəyyən edilən tariflər real istismar xərclərini ödəmədikdə faktiki olaraq dövlət tərəfindən bu şirkət subsidiyalaşdırılır: "Ötən il də bu quruma müəyyən maliyyə yardımı göstərilib. Cari ildə də "Azəristiliktəchizat" ASC-nin maliyyə vəziyyəti ürəkaçan deyil".


Paylaş
Xəbər lentİ