AZAL: Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareys həftədə 2 dəfə yerinə yetiriləcək

Oxunma sayı: 486
11-06-2020, 18:22

AZAL: Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareys həftədə 2 dəfə yerinə yetiriləcək
Bu gündən etibarən Bakı-Naxçıvan-Bakı aviareyslərinə onlayn bilet satışına başlanıb.

Arasdırma.info xəbər verir ki, bunu jurnalistlərə "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev deyib.

E.Hacıyevin sözlərinə görə, reyslər həftədə 2 dəfə həyata keçiriləcək: "İlk reys iyunun 18-i saat 12:00-da Bakıdan Naxçıvana baş tutacaq. Həmin gün saat 15:00-da Bakıdan Naxçıvan istiqamətinə ikinci reys həyata keçiriləcək. Həmin gün Naxçıvandan Bakıya saat 14:10-da birinci, 17:10-da ikinci reys reallaşacaq. Ondan sonra hər həftənin ikinci və dördüncü günləri Bakıdan 15:00-da, Naxçıvandan isə 17:10-da reyslər yerinə yetiriləcək".

AZAL rəsmisi plastik kartı olmayan sərnişinlərə şərait yaradılacağını da qeyd edib: "İndiki tələblərimizə görə yalnız hərə özünə məxsus kartla bilet almalıdır. Amma kartı olmayan sərnişinlər Çağrı Mərkəzimizə zəng etməklə digərinin kartı ilə özünə bilet ala bilər. Amma bu xidmət məhdud sayda sərnişinə göstəriləcək".

Paylaş
Xəbər lentİ