Millət vəkilindən NÜMUNƏVİ ADDIM: maşınlarla su göndərir... - FOTO

Oxunma sayı: 449
5-07-2020, 11:12

Millət vəkilindən NÜMUNƏVİ ADDIM: maşınlarla su göndərir... - FOTO
Millət vəkili, xalq şairi Sabir Rüstəmxanlının təşəbbüsü ilə Vətəndaş Həmrəyliyi Partiyasının Neftçala rayon təşkilatının üzvləri rayonun bir sıra məntəqələrində suya ehtiyacı olan sakinlərə içməli su paylayıblar.

Arasdırma.info xəbər verir ki, millət vəkilinin köməkçisi Fərman Hüseynov başda olmaqda bir çox şəxs könüllü şəkildə bu işdə iştirak edib.

Qeyd edək ki, Kür çayında suyun azalması Neftçalada ciddi su qıtlığı yaradıb.

Hazırda Neftçalaya yeni su xətti çəkilir.//Axar.az

Paylaş
Xəbər lentİ