Məqsədiniz bizi məhv etməkdir?(N.Köçərli)

Oxunma sayı: 448
6-07-2020, 02:51

Məqsədiniz bizi məhv etməkdir?(N.Köçərli)
Məqsədiniz bizi məhv etməkdir?


Arasdırma.info xəbər verir ki,bu sözləri Əli və Nino kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli deyib.

Bu 4 ayda mən heç zaman şikayət etməmişəm, çünki bizimlə yanaşı bütün dünya ağır günlərini yaşayır. Amma son vaxtlar hökümətin qeyri-adekvat qərarları məni məcbur edir ki, bu fikri mən də söyləyim: bunların məqsədi bizi məhv etməkdi? 4 aydır ki, var-gücümüzlə çalışırıq ki, işçilərimiz evə əli-boş getməsin, bir qədər maaş alsınlar. Mağazalar bağlandı, dedik heç olmasa online satışla yaşayaq.

Bu səhər heçbir məlumat verilmədən hamının işə çıxmaq icazəsi ləğv olundu. Online mağazamızda çalışan 20 işçimiz səhər işə gəlsələr də nə sifarişləri çatdıra, nə də evə qayıda bilmirlər. Bütün qaynar xətlər deyirlər ki, iş günü müraciət edin. Bu durumda yalnız biz deyilik, minlərlə digər insanlar da bu tələyə düşüb, cərimələnirlər!

Yoluxmanın qarşısını ala bilmirsiniz. Xəstələri xilas edə bilmirsiniz. Evlərində ehtiyac içində acından ölən insanlara kömək edə bilmirsiniz! Heç olmasa gündəlik evinə çörək aparan insanları məhv etməyin!

Yazı müəllifin fb hesabından götürülüb.//Azadlıq

Paylaş
Xəbər lentİ