Qəbələdə dincəlmək üçün boş ev qalmayıb.

Oxunma sayı: 482
6-07-2020, 03:44

Qəbələdə dincəlmək üçün boş ev qalmayıb.
Bildiyiniz kimi Qəbələ Azərbaycanın ən gözəl təbiətə malik olan rayonlardan biridir.Bu regiona hər il on minlərlə turist dincəlməyə gedir.Xüsusən də,ərəb ölkələrindən gələnlər Qəbələyə üstünlük verirlər.
Araşdırma.info xəbər verir ki,pandemiya turizm sahəsini də vurduğundan elə görünür ki,regionlarda dincəlmək üçün şərait olsa da,gedib-gələn yoxdur.Lain,ötən gün əməkdaşlarımız maraqlı araşdırma aparıb.
Sən demə Qəbələ şəhəri və ətraf kəndlərdə kirayə evlər iyulun 20-nə kimi tutulub.Xüsusi karantin rejimindəBakıda ev şəraitində qalmaqdansa Qəbələdə ev tutub təmiz havada dincəlməyi üstün tutanlar kifayət qədərdir.Əslində bu heç də pis deyil.Lakin virusun daşıyıcıları regionda virus yayılması üçün səbəb ola bilər.Bu başqa mövzudur.
Kirayə evlərin bir sutkalıq qiyməti 50-450 arası dəyişir.Sadə.1 və 2 otalı,balacahəyəti olan evlərin qiyməti 50-100 AZN arasındadır.Zövqlə tikilmiş,hovuzu,böyük bağ bağçası olan və mərkəzə yaxın olan evlər isə 200-450 AZN təşkil edir.Onu da qeyd edək ki,kirayə evlərlə bağlı bütün dillerlərlə əlaqə saxladıq.İyul ayının 20-nə kimi boş ev yoxdur.Olsa yaxın kəndlərdə və şəraiti o qədər də yaxşı olmayan evlər qalıb .

Paylaş
Xəbər lentİ