Arasdirma.info

Sürücülər buna görə cərimələnməyəcək – RƏSMİ

6-07-2020, 10:46

Sürücülər buna görə cərimələnməyəcək – RƏSMİ
Azərbaycanın bir sıra iri şəhər və rayonlarında tətbiq olunan sərtləşdirilmiş karantin rejiminin müddəti uzadıldığı üçün nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi və sürücülük vəsiqələrinin etibarlılıq müddətinin uzadılması yenidən gündəmə gəlib.

Arasdırma.info xəbər verir ki, məsələ ilə bağlı unikal.org-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bunun fərdi qaydada araşdırılacağını bildirib:

“Kiminsə sürücülük vəsiqəsini dəyişməsi üçün onun gedəcəyi ASAN xidmət sərtləşdirilmiş karantin rejimi tətbiq olunmuş ərazidə yerləşirsə və faktiki olaraq vəsiqəni dəyişmək imkanı yoxdursa, həmin şəxslərin sürücülük hüququnun bitmə vaxtı nəzərə alınacaq”.

O, həmçinin sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlarda yaşayan vətəndaşların texniki baxışdan keçməməyə görə cərimələnməyəcəklərini qeyd edib:

“Əgər polis əməkdaşı həmin şəxsin hansısa əraziyə gedib texniki baxışdan keçmək imkanı olduğunu aşkar edərsə, bu halda qanuna uyğun qaydada onu cərimələyə bilər. Çünki elə yer var ki, orada sərtləşdirilmiş karantin rejimi yoxdur. Lakin texniki baxışla bağlı elektron şəkildə cərimələr tətbiq olunmur.”

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN