Arasdirma.info

Xaçmazda xüsusi karantin rejiminin ilk günündə toyu olan bəy və qonaqları tutuldu — FOTO

7-07-2020, 08:20

Xaçmazda xüsusi karantin rejiminin ilk günündə toyu olan bəy və qonaqları tutuldu — FOTO
Xaçmazda sərtləşdirilmiş karantin rejiminin ilk günündə toy mərasimi etmək istəyən şəxslər saxlanılıb.
Arasdırma.info yerli mətbuata istinadən xəbər verir ki,Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, iyul ayının 5-də Xaçmaz Rayon Polis Şöbəsinə və Yalama Polis Bölməsinə rayonun Yalama kəndi ərazisində yerləşən evlərin birində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Dərhal RPŞ-nin və PB-nin əməkdaşları adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, bəy Şahverdi Rüstəmov və digər qonaqlar saxlanılaraq polis bölməsinə gətiriliblər.
Bölmədə onlarla profilaktik söhbətlər aparılaraq, karantin rejiminin qaydaları izah olunub.

Ş.Rüstəmov və məclisdə iştirak edən 14 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə ediliblər.
Xaçmazda xüsusi karantin rejiminin ilk günündə toyu olan bəy və qonaqları tutuldu — FOTO
Xaçmazda xüsusi karantin rejiminin ilk günündə toyu olan bəy və qonaqları tutuldu — FOTO

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN