Həbsxanalarda koronavirus yayılıb?

Oxunma sayı: 427
9-07-2020, 19:23

Həbsxanalarda koronavirus yayılıb?
Məhbus ailələrindən həyəcanlı xəbərlər.

Arasdırma.info Azadlıq.aza istinadən xəbər verir ki,həbsxanalarda koronavirusun yayılmış ola biləcəyi haqda həyəcanlı xəbərlər gəlir.
Siyasi məhbus, AXCP üzvü Fuad Əhmədlinin atası Zəfər Əhmədov məlumat paylaşıb ki, 14 saylı Cəzaçəkmə Müəssisəsində 18 məhbusda COVİD19 əlamətləri müşahidə olunur. Neçə gündür iynə-dərman edilsə də, xəstə məhbusların vəziyyəti yaxşılaşmır, əksinə get-gedə pisləşir. Bu gün günorta saatlarında Penitensiar Xidmətin Müalicə Müəssisəsindən gəlib analiz götürüb aparıblar. Zonda narahatlıq panika səviyyəsindədir.

2 saylı cəzaçəkmə müəssisəsindəki məhbusların ailələrindən də oxşar xəbərlər gəlir. Məhbus yaxınlarının bildirdiyinə görə, müəssisədə kütləvi şəkildə qızdırma yayılıb. Məhbuslardan biri müəssisədə cəza çəkənlərin üçdə birinin qızdırmadan şikayətləndiyini deyib. O da məlum olub ki, məhbusların şikayətlərinə baxmayaraq, onları heç bir yoxlamadan keçirməyiblər.

Paylaş
Xəbər lentİ