Azərbaycanda ifrat təhlükəli hidrometeoroloji hadisə gözlənilir - XƏBƏRDARLIQ

Oxunma sayı: 603
15-01-2019, 21:43

Azərbaycanda ifrat təhlükəli hidrometeoroloji hadisə gözlənilir - XƏBƏRDARLIQ
Azərbaycanda ifrat təhlükəli hidrometeoroloji hadisə gözlənilir - XƏBƏRDARLIQ
Ölkə ərazisində yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq 18-i gündüzədək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatında və Milli Hidrometeorologiya Departamentində Qərargahlar yaradılıb, Nazirliyin bütün qurumları səfərbər edilərək gücləndirilmiş iş rejiminə keçib.

Araşdırma.info xəbər verir ,bu barədə Cahantv.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

ETSN-nin Aparatında yaradılan Qərargahdan dövlət qurumları və Nazirliyin regional idarələri arasında koordinasiyanın daha da gücləndirilməsi məqsədilə operativ faktiki hava məlumatları təqdim olunacaq.

Milli Hidrometorologiya Departamentində yaradılan Qərargahdan müşahidə olunan proseslə bağlı ətraflı məlumatlar – yağıntılar, küləyin sürəti, istiqaməti, dənizdə dalğanın hündürlüyü ilə bağlı məlumatların hər üç saatdan bir aidiyyəti dövlət orqanlarına ötürülməsi təmin ediləcək və ictimaiyyətə KİV vasitəsilə canlı və yazılı veriləcək.

Təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar məlumatları almaq üçün birbaşa Qərargah üzvlərinə müraciət oluna bilər.

Qərargahın və Qərargah üzvlərinin telefon nömrələri:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Paylaş
Xəbər lentİ