Şamaxı istiqamətindən gələn avtomobil sahiblərinin diqqətinə...

Oxunma sayı: 331
14-09-2020, 13:17

Şamaxı istiqamətindən gələn avtomobil sahiblərinin diqqətinə...
Rayonlara gediş gəlişin açılması və eyni zamanda dərslərin başlanması ilə əlaqədar olaraq Bakı və Bakı ərrafında avtomobil yollarında sıxlıq müşahidə olunur.Xüsusilə 13 sentyabrda günorta saatlarından başlayaraq,Hökməlinin girişindən Bakı Avtovoğzalına tərəf dəhşətli tıxaclar müşahidə olunub.
Arasdırma.info xəbər verir ki,dünən gecə saatlarında vətəndaşlar Qəbələdən Bakıya 2 saata və Bakıdan Bakıya da 2 saata gəldiklərini dedilər.Sulutəpə dairəsində aparılan körpü tikintisi və regiondan gələnlərin sayının həddən çox olması ilə əlaqədar tıxac yaranıb.Aşağı Güzdəyin döngəsindən başlayaraq 6-7 km -lik tıxac vətəndaşların narazılığına səbəb olub.
Vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki,alternativ yollardan istifadə etməklə tıxacdan yan keçmək və ən azı bir saat vaxta qənaət etmək olar.Bu yol,H.Zeynalabdin Tağıyev qəsəbəsinə gedən yoldur.Müşviq qəsəbəsindən DYP postunu keçəndən sonra Sumqayırt istiqamətinə dönərək Sumqayıt yoluna çıxçmaqla Sumqayıt Bakı magistral yolu ilə hərəkət etmək olar.Bu yolda heç bir tıxac və maneə yoxdur.

Paylaş
Xəbər lentİ