Ehtiyyatlı olun,yollarda tələ quranlar var.

Oxunma sayı: 564
17-09-2020, 17:37

Ehtiyyatlı olun,yollarda tələ quranlar var.
Ensiz yollarda çox aşağı sürətlə avtomobili idarə edənlər DYP ilə əlbirdi.
Arasdırma.info xəbər verir ki,bu barədə redaksiyaya xeyli şikayət daxil olub.Şikayətçilər şəhərin ensiz küçələrində aşağı sürətlə hərəkət edən avtomobili ötməklə 60 AZN və 3 bal zibilə düşür.
Müşahidə zamanı həmin küçələrdə həqiqətən də avtomobili bilərəkdən çox aşağı sürətlə sürənlər müəyyən edilib.Yasamal sakinləri belə halların hər gün olduğunu dedilər.
Belə küçələrdən biri də,Yasamal rayonu ərazisində Sədərək Ticarət Mərkəzindən 20 Yanvar istiqamətinə gedən sağ ensiz dairəvi yoldur.Bu yolun hesabına Yasamal DYP rəisi Məmməd Əliyev varlanmaq fikrinə düşüb.
Maraqlısı budur ki,bu küçədə köhnə Vaz 2106 və qəzalı avtomobillər eyni yolu aşağı,yuxarı gedərək arxadan gələn sürücüləri hövsələdən çıxarır.Bu zaman arxadakı sürücü məcburiyyətdən ötmə əməliuyyatı edir.Qarşı tərəfin yoluna çıxır və qaydanı pozmuş olur.Qayda pozuntusu kameralarda qeydə alınır.DYP əməkdaşları da bir neçə gün sonra sizə zəng edir və cərimə olunduğunuzu bildirir.
Burada bir sual olunur:"Əgər qayda pozulu və kameraya düşübsə ,həmən protokol SMS vasitəsilə ünvana gəlməlidir.Bu işdə bir əmma var,amma sübut yoxdur.Yasamal rayon DYP də 5 ci otaqda oturan vətəndaş geyimli bir nəfər isə bir bir vətəndaşlara zəng edərək İdarəyə dəvət edir.
Qəbzsiz filansız 55 manat aldıqdan sonra məsələnin həll olduğunu deyir.Hələ vətəndaş geyimli şəxs vətəndaşları aldadaraq cərimənin 100 manat və 4 bal olduğunu deyir.Halbu ki, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə,yolayrıcını keçmə qaydalarının pozulmasına görə İXM -nin 327 ,2 maddəsilə 60 m və 3 bal nəzərdə tutulub.
Arasdırmamız davam edir,Tələ quranlar haqqında məlumatə sizə çatdıracağıq.Sürücülərə isə məsləhətimiz ondan ibarətdir ki,kamera altında ötmə əməliyyatı etməsinlər.Sürünən avtomobillərin arxasənca gedərək,o qədər siqnal verin ki,beyni xarab olsun. Ümid edirik ki,DİN Xüsusi İdarəsi məsələni araşdıracaq və lazımi tədbirlər görəcək.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Paylaş
Xəbər lentİ