Yeni balıq mövsümü ilə bağlı — VACİB AÇIQLAMA

Oxunma sayı: 412
18-09-2020, 04:32

Yeni balıq mövsümü ilə bağlı — VACİB AÇIQLAMA
Bu il balıq bazarında müşahidə olunan artım göz qabağındadır. Bu, həvəskar balıqçılığa artan maraqla da sıx əlaqədardır. Belə ki, ötən illərə nisbətən ağ ətə maraq çoxalıb. Əhalinin sağlam qidalanmasında balıq və balıq məhsullarının əhəmiyyətini nəzərə alsaq, bu maraq başadüşüləndir.
Azərbaycan Həvəskar Balıqçılar İttifaqının sədri Əfqan Əliyev Cahantv.az-açıqlamasında bildirib ki, ölkədə tətbiq edilən sərt karantin qaydaları və qanunsuz balıq ovuna qarşı aparılan mübarizə tədbirləri nəticəsində ölkənin təbii su hövzələrində balıq artımı müşahidə olunur:

“Balıq artımına səbəb mart, aprel və may aylarında tətbiq edilən karantin, mayın 1-dən sentyabrın 1-dək qüvvədə olan balıq ovuna tətbiq edilən moratoriumun nəticəsi, eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunsuz balıq ovuna qarşı apardığı güclü mübarizədir.

Eyni zamanda, ölkəmizdə akvakulturanın inkişaf etdirilməsi, sivil fermaların yaradılması bazarlarda bolluğun yaranmasına təsir göstərib. Sintetik balıq torlarının ölkəyə idxalının qarşısının alınması da balıqların sayının artmasına bir səbəbdir”.

O qeyd edib ki, artıq sentyabrın 1-dən ölkədə balıq ovuna icazə verilib:

“Hazırda ölkə bazarlarına çıxarılan balıqların sayında artım var. Əsasən, bazara yerli məhsullar çıxarıldığından balığın qiyməti də ucuzlaşıb. Amma idxal olunan balıq və balıq məhsullarının qiymətində nisbətən bahalaşma var”.

Ə.Əliyev qeyd edib ki, sovetlər dövründən sonra Azərbaycanda sənaye balıqçılığının inkişafı zəifləsə də, hazırda bu sahə öz inkişaf dövrünü yaşayır.

Paylaş
Xəbər lentİ