SEVİNDİRİCİ XƏBƏR: Bu rayonlarda mənzillərə "kupça" veriləcək

Oxunma sayı: 344
26-10-2020, 22:20

SEVİNDİRİCİ XƏBƏR: Bu rayonlarda mənzillərə "kupça" veriləcək
İstismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu oktyabrın 28-i Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 586 saylı məhəllə, (Yeni ünvan sisteminə görə Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, 259), oktyabrın 30-da isə Xətai rayonu, M.Hadi küçəsi, 2944A (Yeni ünvan sisteminə görə Xətai rayonu, Ç.Kərimov küçəsi, 92) ünvanında keçiriləcək.

Bu barədə Publika.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 23 ünvanda səyyar qəbul aparılıb. Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.

Paylaş
Xəbər lentİ