Karantinin sərtləşdirildiyi şəhər və rayonlarda 190 manatlıq birdəfəlik ödəmə yenidən veriləcək - RƏSMİ

6.11.2020 14:55 23
Mətn ölçüsü:
  • 100%
Karantinin sərtləşdirildiyi şəhər və rayonlarda 190 manatlıq birdəfəlik ödəmə yenidən veriləcək - RƏSMİ
Azərbaycanda bəzi yerlərdə yenidən karantin qaydaları sərtləşdirilib.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayon üzrə - Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi tapşırılıb.

Nazirlər Kabineti yanında operativ qərargah yuxarıda sadalanan şəhər və rayonların sakinlərinə ciddi şəkildə evdə qalmağı tövsiyə edir, karantin rejiminin qaydalarına əməl etməyə çağırır.
Təsisçi: Ç.Qurbanoğlu
Tel: (+99455) 700 00 00