Kirayə ödənişi etməklə satın alınan mənzillərin dəyəri açıqlanıb - FOTO

Oxunma sayı: 375
30-11-2020, 13:35

Kirayə ödənişi etməklə satın alınan mənzillərin dəyəri açıqlanıb - FOTO
Yaşayış yerlərini satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi çərçivəsində elektron kabinet yaradanların sayı 10 min 64, müraciət göndərənlərin sayı 7 min 82, təklif olunan mənzillərin sayı 983, faktiki qalan mənzillərin sayı 603 ədəddir.

Bu barədə Fondun onlayn treyninqində məlumat verilib.

Bildirilib ki, müraciət edən şəxslərin orta yaş həddi 34-dür və bu şəxslərin orta aylıq gəlir həcmi min manatdan çoxdur.

Eləcə də, Bakı, Sumqayıt və Abşeron rayonunun Xırdalan şəhərindəki mənzillərin kvadrat metrə görə qiyməti və minimal aylıq ödəniş açıqlanıb.

Belə ki, Bakı şəhərinin Nizami rayonu Q.Qarayev, Xətai rayonu H.Aslanov, Binəqədi rayonu 9-cu mikrorayon, Xətai rayonu Lütfi Zadə küçəsindəki mənzillərin 1 kvadrat metrinin qiyməti 1350-1500 manat, minimal aylıq ödəniş isə 411 manatdır.

Abşeron rayonunun Xırdalan şəhərinin 21-ci məhəllə və Qalubiyyə küçəsindəki mənzillərin 1 kvadrat metri 1250 manat, minimal aylıq ödəniş isə 333 manatdır. Sumqayıt şəhərinin Bulvar və Sülh küçəsindəki mənzillərin 1 kvadrat metri 1250 manat, minimal aylıq ödəniş isə 297 manatdır.

Aşağıdakı cədvəldə aylıq ödənişlərin hesablanması qaydasına nümunə göstərilib.

Paylaş
Xəbər lentİ