Əlilliyə görə pensiya hansı hallarda və kimlərə təyin edilir?

Oxunma sayı: 616
15-03-2019, 03:07

Əlilliyə görə pensiya hansı hallarda və kimlərə təyin edilir?
Əlilliyə görə pensiya hansı hallarda və kimlərə təyin edilir? Əmək pensiyaları haqqında qanuna əsasən əlilliyə görə penisya hansı hallarda təyin edlir? Qanunveriçilik bu kateqoriyaya hansı şəxsləri daxil edir?

Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları , əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilib.

“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” əsasnamə ilə müyyən edilir.

Əlilliyə görə əmək penisyalarının iki növü fərqləndirlir – ümumi əsaslarla əlilliyə görə əmək penisyaları və hərbi qulluqçular üçün əlilliyə görə əmək penisyaları.

Hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlillər aşağıdakı kateqoriyalara bölünürlər:

– müharibə əlilləri—əlillik hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə;

– hərbi qulluqçular sırasından digər əlillər—əlillik hərbi xidmət vəzifələrini yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə.

Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri

Əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. II və III qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.

Hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından I qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir.

Əlilliyə görə əmək pensiyasının məbləği

Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir.

Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir:

SH = PSK/(TxK), burada:

SH – əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir;

PSK – sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla);

T – gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır;

K – sığorta davamiyyəti əmsalıdır.

I qrup əlillərə təyin olunmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından I qrup müharibə əlili olan şəxslərin fərdi hesabı vardırsa və hesablanan əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğindən azdırsa həmin məbləğə çatdırılmaqla, fərdi hesabı olmadıqda isə əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğində ödənilir. Bu kateqoriyadan olan şəxslərin qanuna əsasən şərtlər nəzərə alınmaqla fərdi hesabının sığorta hissəsindəki pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən böyük məbləğdə əmək pensiyasının hesablanmasına əsas verdikdə, pensiyanın sığorta hissəsi həmin məbləğdə müəyyənləşdirilir.

Əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir:

P = SH+YH, burada:

P – əlilliyə görə əmək pensiyasıdır;

SH – əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir;

YH – əlilliyə görə əmək pensiyasının yığım hissəsidir.

http://www.e-qanun.az/framework/31771 Əsasnamənin linki

Paylaş
Xəbər lentİ