Bakıda 2 saylı "ASAN Kommunal" mərkəzi fəaliyyətə başlayıb

Oxunma sayı: 743
6-03-2017, 11:29

Bakıda 2 saylı "ASAN Kommunal" mərkəzi fəaliyyətə başlayıb



Bu gün Bakıda 2 saylı "ASAN Kommunal" mərkəzi fəaliyyətə başlayıb.

arasdirma.info-ın xəbərinə görə, Bakı şəhəri üzrə qeydiyyat məhdudiyyəti olmadan vətəndaşlar mərkəzin xidmətlərindən istifadə edə biləcəklər.

2 saylı "ASAN Kommunal" mərkəzində "Azərişıq", "Azərsu" və "Azəriqaz" tərəfindən 45 növ xidmət göstəriləcək.

Yaxın gələcəkdə Bakıda, Ukrayna dairəsi yaxınlığında 3 saylı "ASAN Kommunal" mərkəzinin açılması planlaşdırılır.

Qeyd edək ki, 10 fevral 2017-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə 2 saylı "ASAN Kommunal" mərkəzin rəsmi açılışı olub.

Paylaş
Xəbər lentİ