32 il əvvəl şəkil çəkdirdiyi kreslonun sahibi oldu - FOTOLAR

Oxunma sayı: 587
6-04-2019, 22:25

32 il əvvəl şəkil çəkdirdiyi kreslonun sahibi oldu - FOTOLAR
Türkiyədə 1987-ci ildə 23 aprel Milli Suverenlik və Uşaq Bayramında bələdiyyə kreslosunda oturan Cəlal Alper İbaş 32 il sonra bələdiyyə sədri seçilib.

Arasdırma.info"Posta.az"a istinadən xəbər verir ki, 42 yaşlı İbaş Cümhuriyyət Xalq Partiyasından (CHP) namizədliyini irəli sürüb və qələbə qazanıb.
32 il əvvəl şəkil çəkdirdiyi kreslonun sahibi oldu - FOTOLAR
Nevşehirin Avanos ərazisində vəzifəsinin icrasına başlayan İbaşı valideynləri ziyarət edib. Ayşə və Əli İbaş oğullarına 10 yaşında bələdiyyə sədrinin kreslosunda oturub çəkdirdiyi fotonu hədiyyə edib.Cəlal Alper bələdiyyə rəhbərliyini əvvəlki sədr Əli Rza Karataşdan təhvil alıb. O, açıqlamasında Avanosda yarımçıq qalmış layihələri davam etdirəcəyini, inkişaf üçün çalışacağını və hər kəsə bərabər münasibət göstəriləcəyini bildirib.
32 il əvvəl şəkil çəkdirdiyi kreslonun sahibi oldu - FOTOLAR

Paylaş
Xəbər lentİ