“Azəriqaz”dan qaza borcu olanlara XƏBƏRDARLIQ

Oxunma sayı: 320
26-01-2021, 15:35

“Azəriqaz”dan qaza borcu olanlara XƏBƏRDARLIQ
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin yeni quraşdıracağı mexaniki sayğaclar vahid mərkəzdən idarə olunacaq.

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında qurumun baş direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, qaz borcunu 1 ay müddətində ödəməyən abunəçilərə “mavi yanacaq” verilişi avtomatik dayandırılacaq.

“Abunəçilərə qaz borcu ilə bağlı SMS (bildiriş) gələcək. Bundan sonra 1 ay ərzində istifadə etdiyi qazın pulunu ödəməyən abunəçiyə qaz verilməsi dayandırılacaq. 30 gün müddətində qazı kəsmək səlahiyyətimiz yoxdur”, – deyə o qeyd edib.

R.Əliyev onu da əlavə edib ki, SMS-lərin göndərilməsinə yaxın 1 ayda başlanılacaq. İlkin olaraq 700 min abunəçiyə bildiriş gedəcək.

Paylaş
Xəbər lentİ