Elman Babayevə Gömrük Komitəsində iş verildi

Oxunma sayı: 564
8-05-2019, 20:29

Elman Babayevə Gömrük Komitəsində iş verildi
Əməkdar jurnalist Elman Babayev yeni işə təyin olunub.

Arasdırma.info Modern.az-a istinadən xəbər verir ki, E.Babayev bu gündən Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində işə başlayıb.

E.Babayev 2014-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.

Azərbaycan Prezidentinin 15 iyul 2015-ci il tarixli sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Paylaş
Xəbər lentİ