"Jiquli"lər can alır.

Oxunma sayı: 621
8-05-2019, 20:51

"Jiquli"lər can alır.
Bu gün yenidən Şəmkir ərazisində avtoqəza baş verib və jiquli avtomobili yararsız hala düşüb.Nəticədə 3 nəfət həyatını itirib.10 nəfər isə yaralanıb.
Yadımdadır,2007-ci ildə Moskvada idim.Orada hökumət qərar vermişdi ki,bütün jiquliləri metalloma təhvil verirdilər.Jiquliyə "kopeyka"adı vermişdilər.Bunun əvəzində isə insanlara 2000-3000 dollar kompensasiya verməklə yeni avtomobillər əldə etməyə kömək edirdilər.Əlverişli bank kreditlərilə hər bir rusiyalı avtomobilni dəyişirdi.Amma bu sovet avtomobili deyildi.Siyahıda Chevrolet,Nissan Almera,Citroen,Pejo və s.var idi.Ruslar "Kopeyka"nın hələ 12 il bundan qabaq ,milləti qıracağını bilirdilər.Ona görə də tədbir gördülər.Bizim regionlarda ən çox istifadə edilən avtomobillər hələ də ölüm avtomobilləridir.Statistikaya görə yanvar-mart 2019-cu ildə yol qəzalarında artıq 142-adam həlak olub, 342-si isə yaralanıb.Bunların müəyyən hissəsi köhnə,istismara yararsız avtomobillərin günahıdır.Dövlət qərar versəydi,bu avtomobilləri də yenisi ilə əvəz edərdilər.

Paylaş
Xəbər lentİ