Peyvənd olunmayanların pensiya və yardımları dayandırılacaq? - AÇIQLAMA

Oxunma sayı: 284
5-09-2021, 20:35

Peyvənd olunmayanların pensiya və yardımları dayandırılacaq? - AÇIQLAMA
Sosial şəbəkələrdə Ağcabədidə Azərbaycan Beynəlxalq Bankının (ABB) qarşısına vurulan elan müzakirələrə səbəb olub.

Arasdırma.info "Qafqazinfo"ya istinadən xəbər verir ki, elanda "COVID-19 əleyhinə peyvənd olunmayan təqaüd, pensiya və ünvanlı sosial yardım alan şəxslərin vəsaiti dayandırılacaq” qeyd olunub.

"Bu təşəbbüs bank tərəfindən olmayıb. Hazırda məsələni aydınlaşdırmağa çalışırıq. Müştərilər hər zamankı qaydada xidmət və məhsullarımızdan yararlana bilərlər”, - deyə ABB-dən bildirilib.

Paylaş
Xəbər lentİ