Roza falçını polisə verdi - VİDEO

Oxunma sayı: 35
4-12-2021, 08:29

Roza falçını polisə verdi - VİDEO
Müğənni Roza Zərgərliyə qarşı dələduzluq edilib.

Arasdırma.info xəbər verir ki, bir falçı sənətçinin şəklini qoyaraq, özünü reklam edib. Belə ki, "Instagram"da səhifələrin birində Rozanın fotosunu qoyaraq "Roza Zərgərliyə cadu etdilər" sözləri yazılıb və falçının telefon nömrəsi qoyulub.

İfaçı bununla bağlı açıqlama yayıb. O, həmin falçıya zəng edərək "Məndə cadu var? Məndən cadu tapmısınız? Həmin səhifə mənim şəklimi sənin fotonun yanına qoyanda niyə demirsən?" - söyləyib.


Roza sonra həmin şəxslərlə bağlı polisə şikayət edib: "Biz sənət insanlarının adından qara piar olaraq özlərinə reklam qazanırlar ve dinimizə aid olmayan yalandan insanları dolandıraraq onların pullarını mənimsəyirlər. Polis saxtakarlıqla məşğul olduğuna görə tezliklə hər iki şəxs qanun qarşısında cavab verəcəklər".//lent.az

Paylaş
Xəbər lentİ