"ATV-də nə oyunlar çıxarırdın?" - Müğənni aparıcını təhqir etdi, kəskin mesajlar verdi

Oxunma sayı: 604
30-08-2019, 20:43

"ATV-də nə oyunlar çıxarırdın?" - Müğənni aparıcını təhqir etdi, kəskin mesajlar verdi
Müğənni Kərim Abbasov sosial şəbəkədə aparıcı Elçin Əlibəylinin Maral Tahirqızından üzr istəməsi xəbərini paylaşaraq ona səslənib.

İfaçı hətta E.Əlibəylini təhqir edərək, nalayiq ifadələr də istifadə edib:

"İnsana deyərlər ki, bir qələti edə bilmirsənsə, etmə. Reytinqə görə kimisə vurmaq sənin çoxdankı adətindir. Yadından çıxmayıbsa, məni də köhnə dostunla elə vurmuşdun. Həmin çəkilişlər məndə var.

Çox bədbəxt, xain insansan, adamı belə sındırarlar. Nanənin ad günündə "Sarı gəlin”i erməni dilində oxumuşdun. Sonra da dedin ki, erməni mahnısıdır. Bu millətin çörəyi sənin burnundan gəlsin.

Bir həftə sonra səni ATV kanalından bayıra atdılar. ATV-də oyunlar çıxarırdın, özünü alim dərəcəsində göstərməyə çalışan insan, bəlkə insanlıq dərəcəsini oxuyub, alim olasan? Birini alıb boşadın, bədbəxt elədin. İkincisinin sənin kim olduğundan xəbəri var?

O gün bir dostum sənin haqda nələr danışdı. Başa düşdüm ki, sən mazoxistdən. Hər halda nə dediyimi anladın. Yadına gəlir mənimlə prodüser kimi işləmək istəyirdin. Mənə şərt qoydun ki, Ya Təranə (Təranə Səmədova – red.), ya da mən. Mən Təranəni seçdim, onda sənin niyətini anlamışdım".

Müğənni E.Əlibəylidən cavab gözlədiyini də qeyd edib:

"Çox heyif ki, göründüyün kimi deyilsən. Səndən cavab gözləyirəm ki, cavab verəsən, sonra bütün respublika biləcək ki, kimsən. Etdiyin yaxşılıqlardır, qarşına çıxır. Yetimin Allahı yoxdur?

Lalə Məmmədovadan da üzr istə. Ona görə ki, sən girən kol deyil. Ermənistanda doğulub, Ermənistanda yaşayıb, erməni çörəyi yeyən Elçin...

Ayıl bala, sən Azərbaycanda Azəri çörəyi yeyirsən. Kafir insan. Allahını belə tanımayan və ateist olan bir adam. Gör kimlər efirə çıxır. Sənin haqqında kitab yazmaq olar, çıxartdığın oyunlardan. Ağıllı ol, mazoxist! Gör sən məni necə yandırmısansa, 12 il keçib üstündən hələ də mənim içim soyumur. Ölənə kimi də soyumayacaq. Axirətdə də iki əlim yaxandadı...

Halal etmirəm sənə, Elçin Əlibəyli".

Paylaş
Xəbər lentİ