Azərbaycanın xalq artistindən xanımına 1 milyonluq hədiyyə (FOTO)

Oxunma sayı: 523
6-09-2019, 07:07

Azərbaycanın xalq artistindən xanımına 1 milyonluq hədiyyə (FOTO)
Rusiyada fəaliyyət göstərən Azərbaycanın Xalq artisti Yusif Eyvazov xanımı, tanınmış opera sənətçisi Anna Netrebkovaya bahalı hədiyyə alıb.

Bu barədə Vokrug TV məlumat yayıb. Qeyd olunub ki, o, Annaya malaxitlə bəzədilmiş 385 brilliantdan ibarət qızıl qolbaq bağışlayıb.

Zinət əşyasının dizayneri Aleksandr Vasilev bildirib ki, hədiyyə 1 milyon 395 min rubl (36 min manat) təşkil edir, çəkisi 100 qramdır. ("Qafqazinfo”)

Paylaş
Xəbər lentİ