Arasdirma.info

Elza tənqidlərə dözməyib, anasının evini təmir etdirdi - FOTO

29-10-2019, 00:28

Elza tənqidlərə dözməyib, anasının evini təmir etdirdi - FOTO
Əməkdar artist Elza Seyidcahan anasının evinin təmirsiz halından söz açıb.

Arasdırma.info axşam.az-a istinadən xəbər verir ki, müğənni ünvanına deyilən tənqidlərə cavab verib. O bildirib ki, anasının evini təmir etdirir:

"Bu yaxınlarda verilişlərdən birində anamın evinə baxdılar və inanmadılar ki, Əməkdar artistin belə mənzili olsun. Qısa zamanda bu evdən əsər qalmayacaq. Artıq təmir işlərinə başladılar".

Qeyd edək ki, "Ulduzlu yayım" verilişində E.Seyidcahanın anasının təmirsiz evi nümayiş olunmuşdu. Sosial şəbəkədə paylaşılan görüntüdə sənətçini anasının evini təmir etdirmədiyi üçün tənqid atəşinə tutmuşdular.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN