"Faiq, Vasif və Rəhim plastik əməliyyat etdirib" - Lətifə

Oxunma sayı: 543
25-11-2019, 13:50

"Faiq, Vasif və Rəhim plastik əməliyyat etdirib" - Lətifə
"ATV maqazin onlarla" verilişinin "33 sual" rubrikası bu dəfə müğənni Lətifə Soyuözün evində qonaq olub.
Arasdırma.info xəbər verir ki, sənətçi ona ünvanlanan sualları cavablandırıb. Lətifə ünvanına deyilən sözlərdən, tamaşaçılarından bəhs edib:

"Ünvanıma "İfritə, gözəl səsə sahib olan və cazibədar qadın" sözlərini eşidirəm. İndi insanların həqiqi olmamağından, süniliyindən əsəbiləşirəm. Amma tamaşaçılar onları qəbul edir və sevir.

Uşaqlıqdan daş-qaş, bahalı xəz içində böyümüşəm. Sonradan görən deyiləm. Nə qocalıqdan, nə kasıblıqdan qorxmuram. Bəzən deyirlər, avtobusa uşaqlıqda minmişəm. Mən ürəyim istəyəndə avtobusa minir, hər yerə gedirəm".

Lətifə evlilik təklifi aldığını etirafm edib:

"Sonuncu dəfə 3 ay əvvəl evlilik təklifi almışam. Ürəyimcə olmayan heç nə yaşaya bilmərəm. Mənə pul, dövlət vacib deyil. Mənə kiminlə yaşayıb, səhərimi kiminlə açcağım önəmlidir. Ona görə də, təklifə "yox" cavabını vermişəm".

Soyuöz plastik əməliyyat etdirən məşhurların adlarını açıqlayıb:

"Faiq Ağayev, Rəhim Rəhimli və Vasif Məhərrəmli plastik əməliyyat etdirən kişi məşhurlardır". Axsam.az

Paylaş
Xəbər lentİ