"Necə qıza deyəsən ki, ərə gedəndən sonra qapımı döymə?"

Oxunma sayı: 534
27-11-2019, 21:22

"Necə qıza deyəsən ki, ərə gedəndən sonra qapımı döymə?"
"Ailəsi, uşaqları olan adam haqda efirdə danışmağa dəyməz".
Arasdırma.info xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov "5/5" verilişində deyib. Sənətçi proqramda qonaq olan aktrisa Nəzakət Məmmədovanın keçmiş ərindən danışmasını qınayıb.

İzzət daha sonra aktrisanın "Uşaqlarıma demişəm ki, ailə qurdunuzsa, ayrılmaq yoxdur. Qızıma demişəm, ərər gedəndə problemin olsa, qapımı döymə" sözlərinə etiraz edib:

"Düz söhbət deyil. Elə şey demək olar? Necə qıza deyəsən ki, qapımı döymə? Qızım olmasa da, evimə üç qız gələcək, gəlinim olacaq".Axşam.az

Paylaş
Xəbər lentİ