4 aylıq hamilə olan azərbaycanlı məşhur körpəsini ABORT ETDİRDİ - FOTO

Oxunma sayı: 563
11-12-2019, 18:17

4 aylıq hamilə olan azərbaycanlı məşhur körpəsini ABORT ETDİRDİ - FOTO

Arasdırma.info xəbər verir ki, bunu Tarix Əliyev (Tolik) iki ay əvvəl "Hər şey daxil"də 3 aylıq hamilə olduğunu açıqlayan müğənni Dənizin hamiləliyindən əsər-əlamət hiss edilmədiyinə diqqəti yönəldərkən bildirib.

Aparıcı ilə müğənninin efirdəki dialoqunu təqdim edirik: Müğənni Tolikin diqqətindən yayınmayan "hamiləlik xəbərinə" aydınlıq gətirib



- Məni keçən ay da verilişinizə dəvət etdiniz, mən gələ bilmədim. Çünkü, mənim samaylotda böyük bir problemim oldu. Başqa bir ölkədən dəvət aldığım toydan qayıdan zaman uşaqla bağlı çox böyük problemlə qarşılaşdım. Ona görə əməliyyat olunmaq lazım idi. Həkimə dedim ki, bu narkozu onsuz da alıramsa, istədiyim bədəni mənə qaytar.

- Məcbur idin hamilə ola-ola liposakşn edəsən?


- Qeysəriyyə əməliyyatından sonra, xanımıq da, biraz bədəndə nəsə problemlər olur. Liposaksiya etdirdim, ona görə uşağı da götürtdüm. O artıq lazım idi. Çünkü, mən təyyarədə adrenalin yaşamışdım. Ona görə məndə uşağa qarşı problem oldu. Amma indi şükür, yaxşıyam. İstədiyim bədənə də sahibəm. Bütün xanımlar söyləyirlər ki, "Dəniz xanım sən necə belə qalırsan?"- Mən zatən heç nə yemirəm.

- (Tolik Dənizin sözünü yarıda kəsərək) Sənət qurban tələb edir, amma mən istəməzdim ki, bir sənət... Səni onsuzda bəyənən bəyənib. Həyat yoldaşınla xoşbəxt yaşayırsınız. Azdan-çoxdan işləriniz var, qazanırsınız. Mən amma heç istəməzdim ki, o uşağı... Bu günləri müğənnilər ona görə uşaqlarını tələf edir. Onun həsrətində yaşayanlar var.

- Mən onu bilə-bilə etməmişəm. Sadəcə olub da, özümdən asılı olmadı. Mən Bakıda təyyarədən düşən kimi getdim həkimə. Həkim söylədi ki, uşaq mütləq alınmalıdır.



Xatırladaq ki, bir oğlan uşağı anası olan Dəniz 2 ay əvvəl "Hər şey daxil"də yenidən oğul anası olacağı təqdirdə dünyaya gətirəcəyi körpəsini həmkarı Mənzurə Musayevaya verəcəyini "Qız övladı olsa, özümə saxlayacam. Oğlan övladı olsa Mənzurə xanıma hədiyyə edəcəm. Bununla bağlı Mənzurə xanımla reklamlarda da danışdıq, razılaşdıq. Mən doğma övladımı hədiyyə kimi Mənzurə xanıma verəcəm" sözləri ilə bildirmişdi. (milli.az)

Paylaş
Xəbər lentİ