Xalq artisti: Ölüm xəbərim ona pul gətirirsə, gündə neçə dəfə istəyir, məni öldürsün

Oxunma sayı: 497
18-12-2019, 15:07

Xalq artisti: Ölüm xəbərim ona pul gətirirsə, gündə neçə dəfə istəyir, məni öldürsün
Mənim “ölüm xəbəri”mi yayan şəxs bu xəbərə görə aldığı qonorarla ailəsini dolandırırsa, eybi yox, gündə neçə dəfə istəyirsə, məni öldürsün. Təki vəziyyəti yaxşı olsun. Bu xəbərim ona reytinq, pul gətirirsə, qoy etsin.

Arasdırma.info xəbər verir ki, bu sözləri Xalq artisti Niyaməddin Musayev “Şou ATV” proqramında bildirib.

Ötən həftə “ölüm xəbəri” yayılan sənətçi üzləşdiyi xoşagəlməz hadisə ilə bağlı fikirlərini bölüşüb.

“Dedilər, məhkəməyə ver. Mənim elə halım yoxdur ki, məhkəmələri gəzim. Ölüm gözlə-qaş arasındadır. Zamanı çatanda öləcəyik. Amma yalan yazmaq düzgün deyil.

Nə var cəza verməyə? İstəsəm, məhkəməyə də verərəm, başqa formada da danışaram. Amma ayıbdır. Qoy özü düşünsün ki, bu yolla reytinq qazanmaq olmaz. Ölüm xəbərimlə bağlı mənə dünyanın hər yerindən zənglər gəlib”.Cahantv.az

Paylaş
Xəbər lentİ