Arasdirma.info

"Mənə vergi verilib" - Deputat olmaq istəyən Elza Seyidcahandan şok sözlər

10-01-2020, 19:43

"Mənə vergi verilib" - Deputat olmaq istəyən Elza Seyidcahandan şok sözlər
“Elə hadisələr olur ki, adam susub qalır. Söz tapmırsan... Deyirsən ki, Allahım, bu insana nə cavab verim? Çünki belə insanlara şillə kar eləməz. Dövlətimiz tərəfindən onlara ancaq edam lazımdır. Bu hadisə hər birimizi ağırdır, əsrin faciəsidir. O uşağı küt alətlə vurublar, dırnağını kəsiblər, yandırıblar. Balaca bir kənddə bir ay ərzində kənd camaatı Nərmini tapmalı idilər.

Arasdırma.info xəbər verir ki,bu sözləri Teleqraf.com-a açıqlamasında əməkdar artist Elza Seyidcahan tovuzlu Nərmin Quliyevanın ölümündən danışarkən deyib.

Əməkdar artist deyib ki, hazırda dövlətimiz bütün uşaqlara, xüsusi ilə sağlamlığında problem və ya qüsur olan uşaqlara xüsusi qayğı göstərir.

Növbədənkənar parlament seçkiləri üçün namizədliyi qeydə alınan və 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürən əməkdar artist deyib:

“Mən Allahın vergili bir insanıyam. Şükür Allaha, yaradıcı insanam. Emosional insanam, amma hər zaman deyəcəyim sözü düşünür və süzgəcdən keçirirəm. Yuxarıda qeyd etdiyim fikirləri bəstəkar-müğənni kimi bildirdim. Millət vəkilliyinə namizədliyim haqqında yalnız ayın 17-dən danışa bilərəm. Təşviqat dövründə.

Mən harada oluramsa-olum, bəsətkarlığımda, analığımda, övladlığımda, vətənə sevgimdə hər bir işimlə iz qoymuşam. Hər yerdə seçilmişəm. Uşaqlıqdan belə olub. Mənim atdığım addım, dediyim söz yaxşı mənada nümunə olub. Yəqin ki, bu dəfə də nümunə olacaq”.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN