"İlhaməyə "Allah rəhmət eləsin" demərəm"

Oxunma sayı: 487
12-01-2020, 06:54

"İlhaməyə "Allah rəhmət eləsin" demərəm"
"Bir axşam taksidə" oxudum. İlhamə Quliyeva mənimlə mübahisə edirdi deyə, Emin Sabitoğluna "Çiçək yağışı" sifariş etdi. Mən "Yağma yağış" oxudum, o, "Zümrüd" səsləndirdi. Allah o dünyasını versin".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova "Səhər-səhər" verilişində deyib. Müğənni illərlə küsülü olduğu mərhum Xalq artisti İlhamə Quliyevadan danışıb.

O, aparıcı Rövşanə Ağasəfqızının "Allah rəhmət eləsin" sözünə etiraz edib:

"Allah rəhmət eləsin" demərəm. Allah o dünyasını versin. Bu dünyada əzab çəkdi. İstəmirəm o dünyada əzab çəksin. Mahnılarının möhürünü vurub. İlhamə başqa bir sətr idi".

Kərimova daha sonra küsülü olduğu Xalq artisti Röya Ayxanın ünvanına "Onun mahnılarından "Unut məni"ni Röya oxuyub. Xoşum gəldi, yaxşı idi" sözlərini söyləyib.

Paylaş
Xəbər lentİ