Arasdirma.info

Röya Ayxan koronavirusa görə… - Foto

4-03-2020, 00:22

Röya Ayxan koronavirusa görə… - Foto
Xalq artisti Röya Ayxan Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınmasına yönəlik profilaktik tədbirlərə uyğun olaraq 6, 7, 8 və 9 mart tarixlərində Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulan “Nazlı” adlı solo konsertinin tarixini dəyişdirib.

Arasdırma.info xəbər verir ki, nəzərdə tutulan 4 günlük solo konsertin hər birində 3000-dən çox tamaşaçının iştirak edəcəyini nəzərə alaraq Azərbaycanda və bütün dünyada aparılan profilaktik tədbirlərə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı tövsiyəyə uyğun olaraq bu qərarı verib:

“Bu tipli kütləvi tədbirlərdə belə virusun yayılma təhlükəsini nəzərə aldıq. Bizim üçün insanlarımızın, sevimli tamaşaçılarımızın səhhəti ilə bağlı məsələlər vacib olduğu üçün həyata keçirilən profilaktik tədbirlərə dəstək göstərmək qərarını verdik”.

Xalq artisti Röya solo konsertinin yeni tarixi barədə əlavə məlumat veriləcəyi qeyd olunub.

Mart ayındakı konsertə bilet almış şəxslər yaranmış suallarla əlaqədar şəhərin müvafiq kassalarına müraciət edə bilərlər.Teleqraf.com

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN