Yeni mövsümdə ARB-dən gedənlər, verilişi dəyişənlər - Siyahı

Oxunma sayı: 1 187
12-08-2020, 02:07

Yeni mövsümdə ARB-dən gedənlər, verilişi dəyişənlər - Siyahı
Televiziya daha bir mövsümü geridə qoyub. Artıq bir aya yaxındır ki, bir çox proqramlar mövsüm finalı ediblər. Eləcə də ARB telekanalında bəzi verilişlərin yayımı birdəfəlik dayandırılıb, bəziləri isə yeni formatda payızda qayıtmağa hazırlaşır.
Arasdırma.info Axşam.aza istinadən gələn mövsümdə ARB-də görməyəcəyimiz aparıcıları təqdim edir:


Qalmaqallı "Üçəlli" proqramı yayımını dayandırıb. Verilişin aparıcıları Həsrət Həsrətov və Ülvi Həsənli telekanalla yollarını ayırıb. Həsrət Axşam.az-a açıqlamasında bildirib ki, başqa kanallardan dəvət alıb. "Hələ fikirləşirəm. Pandemiya imkan versə, işləyəcəm" deyə, o, əlavə edib.



Telekanalı tərk edən digər aparıcı isə Lalə Əlimuxtarova olub. "Ay ev yiyəsi" proqramı ilə illərdir efirə çıxan aparıcı kanalla yollarını ayırıb. Bundan əvvəl "Lider TV"də çalışan Lalə 2018-ci ildən fəaliyyətini ARB TV-də davam etdirirdi.



7 ildir ARB TV-də çalışan aparıcı Murad Haşımov kanalla yollarını ayırıb. Bu haqda o, özü xəbər verib. "Və beləliklə.. 7 illik macəra başa çatdı. Xeyirli, uğurlu olsun! ARB ailəsinə sevgilərlə. Növbəti iş yerim barədə məlumat verəcəyəm" deyə, "Günə doğru" proqramının aparıcısı söyləyib.



ARB TV-dən gedən digər aparıcı isə İsa Şükürov olub. "Şou news" verilişi ilə bir müddətdir kanalda çalışan İsa ötən ay işdən uzaqlaşdığını söyləyib.



Kanalla yollarını ayıranlar kimi, verilişlərində dəyişikliklər edilənlər də olub. "Ona qalsa" səhər şousu ilə tamaşaçıların görüşünə gələn şairə Nazilə Səfərliyə başqa bir layihə həvalə edilib.



Aparıcı Rövşanə Ağasəfqızı da "Səhər-səhər" şousundan uzaqlaşıb. O, təhsillə bağlı başqa bir verilişlə izləyici ilə görüşür.

Paylaş
Xəbər lentİ