Elnarə Abdullayeva bölməyə aparıldı - DİN-dən açıqlama

Oxunma sayı: 761
27-08-2020, 18:53

Elnarə Abdullayeva bölməyə aparıldı - DİN-dən açıqlama
Əməkdar artist, muğam ustası Elnarə Abdullayeva karantin qaydalarını pozduğuna görə post-patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.

Arasdırma.info xəbər verir ki, hadisə Bakı-Şamaxı yolundakı Pirəkəşkül postunda baş verib.

Belə ki, əməkdar artist Şamaxıya getmək istəyərkən, sözügedən postda polis əməkdaşları tərəfindən saxlanılıb. Ona postu keçməyə icazəsi olmadığı bildirilsə də, xanım müğənni etiraz etməyə başlayıb.

Bundan sonra o, karantin qaydalarına əməl etməməsi səbəbindən polis bölməsinə aparılıb.

***

Daxili İşlər Nazirliyinin mətbuat xidməti müğənni Elnarə Abdullayevanın karantin qaydasını pozması barədə saytımızın yaydığı məlumatı təsdiqləyib.

Nazirlikdən Axar.az-a bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən müğənniyə protokol tətbiq edilib.

Həmçinin DİN Elnarə Abdullayevanın Polis Bölməsində saxlanılması ilə bağlı xəbəri təkzib edib.//Axar

Paylaş
Xəbər lentİ