"Məndən icarə üçün 30 min istəyirlər" - Əməkdar artist şikayət etdi

Oxunma sayı: 424
10-09-2020, 04:06

"Məndən icarə üçün 30 min istəyirlər" - Əməkdar artist şikayət etdi
"Qız övladım var, onu sənət adamına ərə verməzdim. Bizim sənət çətindir, xasiyyətimiz çətindir. Oğlum olsaydı da, onun ifaçı xanımla ailə qurmasını istəməzdim".
Arasdırma.info xəbər verir ki, bu sözləri Əməkdar artist Zaur Əmiraslanov "10-da görüşək" proqramında deyib. Müğənni solo konsert verməməsinin səbəbini açıqlayıb. O, konsert zallarının baha olmasından şikayət edib:


"Heydər Əliyev Sarayının icarə haqqı bahadır. Əməkdar artistəm, amma mənə deyilən söz qulağımda sırğa oldu: 30 min manat. Nəzərə alsaq ki, akadmeik ifaçıyam, komerssiya ifaçısı deyiləm. O pulu çıxarda bilmərəm. Bu, onların qanunudur. Onlara fərqi yoxdur Əməkdar artistsən, sənətçisən. Ona görə də konsert haqqında düşünmürəm. Artıq heç həvəsim də yoxdur.

Heç konsertlərin mənası qalmadı. Pandemiya dərs oldu ki, bir yerə yığışmayın. İnsanlar konsert hayında deyil".//Axsam.az

Paylaş
Xəbər lentİ