Arasdirma.info

"Təki kişilərimiz "Məşədi İbad"a oxşasın, üzdəniraqlara yox"

15-09-2020, 06:09

"Təki kişilərimiz "Məşədi İbad"a oxşasın, üzdəniraqlara yox"
Müğənni Xatirə İslam həyat yoldaşı Fəxrəddinlə yeni görüntüsünü yayıb.
Arasdırma.info Axşam.aza istinadən xəbər verir ki, izləyicilər arasında sənətçinin həyat yoldaşı müzakirə edilib. Onlar Fəxrəddini saç düzümü və saqqalına görə Məşədi İbada oxşadıblar.


Xatirə isə yazılan şərhləri cavabsız qoymayıb. O, izləyicilərinə "Təki evimizdəki, ailəmizdəki kişilər Məşədi İbada oxşasın, üzdəniraqlara yox. Allah onu göstərməsin. Gedin bir ailənizə, qardaşınıza, ərinizə baxın, sonra da Məşədi İbada. Heç nəslinizdə Məşədi İbad kimi kişi var? Əsas mənim evimdə var, sənin nəslində olmasa da olar" cavabını verib.

Qeyd edək ki, Xatirə və Fəxrəddin cütlüyünün Emil adlı oğlu var.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN