Siyavuş Novruzov “Bu şəhərdə”nin onu parodiya etməsindən danışdı - VİDEO

Oxunma sayı: 358
16-09-2020, 17:10

Siyavuş Novruzov “Bu şəhərdə”nin onu parodiya etməsindən danışdı - VİDEO
Xəbər verdiyimiz kimi "Bu şəhərdə” komandası bu dəfə millət vəkili Siyavuş Novruzovu parodiya edib.

Arasdırma.info Moderator.az-a istinadən xəbər verir ki, S.Novruzov bu haqda danışmaq istəmədiyini bildirib:

""Bu şəhərdə” məni parodiya etsin də, nə olsun. Heç nəyə cavab vermək istəmirəm”-deyərək o, dəstəyi yerə qoyub.

Xatırladaq ki, "Real Siyavuş Novruzov” adlı səhnəcikdə aktyor Coşqun Rəhimov Mirşahin Ağayevin, Rafael İsgəndərov isə Siyavuş Novruzovun obrazı canlandırılıb. Süjetdə S.Novruzovun akademik R.Mehdiyevin nəvəsinin toyunda iştirakıyla bağlı çıxışları tənqid edilib.

Paylaş
Xəbər lentİ