“Oğlumu tanımadım, 5 il idi üzünü görmürdüm”– Qəzada övladını itirən İbrahim Borçalı – VİDEO

Oxunma sayı: 427
21-09-2020, 20:25

“Oğlumu tanımadım, 5 il idi üzünü görmürdüm”– Qəzada övladını itirən İbrahim Borçalı – VİDEO
ARB TV-nin “Elgizlə İzlə” verilişinə telefon bağlantısı ilə qoşulan müğənni İbrahim Borçalı rəhmətə gedən oğlu haqqında danışıb:

“Həyat çox acımasızdır. Mən oğlumu tanımadım. Tətil vaxtlarında gələrdi. Deyirdim ki, sən evdə ol, mən getdim. Son illər oğlumla ünsiyyətdə olmadım. İnsan bilmir başına nə gələcək. Saytlar yazır ki, ona maşın almışam. Almamışdım, heç istəmirdi. Özü 2 il öncə imtahan verib sürücülük vəsiqəsi almışdı. Oğlumla yoldaşım Gürcüstan qeydiyyatı olduğu üçün qanunla orada qaldı. Gəlməyinə 5 gün qalmışdı. Səhər 10-da yuxudan durub rayona banka getmək istəyib. Qonşunun oğlu hər gün işə səhər saatlarında gedir. Amma həmin gün yatıb qalır. Oğlum ondan soruşanda ki, hara gedirsən, rayona gedəcəyini deyib. Oturub qonşunun oğlunun maşınına. Qonşunun uşağı sürət həddini aşıb və ötmə əməliyyatı zamanı qəza törədib. Nəticədə rəhmətə getdi və özü ilə bərabər mənim uşağımı da apardı”.
Qeyd edək ki, ifaçının 21 yaşlı oğlu Rəhim Həsənov 18 iyul tarixində avtomobil qəzası nəticəsində həyatını itirib.

Paylaş
Xəbər lentİ