Pandemiyada Azərbaycandan köçən məşhurlar - Siyahı

Oxunma sayı: 344
26-11-2020, 21:52

Pandemiyada Azərbaycandan köçən məşhurlar - Siyahı
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə toy, açılış və bir çox tədbirlərin keçirilməsi qadağan edilib. Buna görə də sənət adamlarının çoxu işsiz qalıb.
Arasdırma.info xəbər verir ki, bəzi sənət adamları bu ərəfə ölkədən köçməyə üstünlük veriblər. Onların əksəriyyəti isə Türkiyəyə üz tutublar.

Xalq artisti Miri Yusif yayda ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Müğənni İzmiri seçib. Hazırda Miri Yusif Bakıya işləri ilə əlaqədar gəlib-getsə də, ailəsi orada yaşayır.

Məşhur stilist Anar Ağakişiyev də pandemiya ərəfəsində türkiyəni seçib. Hələ bir neçə il əvvəl fəaliyyətini orada davam etdirəcəyini deyən stilist bu il onu gerçəkləşdirib. Anar İstanbulda ev alıb, orada fəaliyyət göstərir.

Müğənni Ayan Babakiyeva artıq bir neçə aydır İstanbuldadır. Orada evi və biznesi olan sənətçi ailəsini də özü ilə aparıb. Ayan pandemiya ərəfəsini Türkiyədə keçirməyə üstünlük verib.

Müğənni Aysel Əlizadə də İstanbula köçüb. Bir müddət əvvəl Türkiyədə özünə ev alan ifaçı karantin günlərini orada keçirir.//Axsam.az

Paylaş
Xəbər lentİ