Xərçənglə mübarizə aparan Nisə Qasımova: "Yeriyə bilmirəm"

Oxunma sayı: 346
15-02-2021, 19:11

Xərçənglə mübarizə aparan Nisə Qasımova: "Yeriyə bilmirəm"
Xərçənglə mübarizə aparan Xalq artisti Nisə Qasımova səhhəti barədə danışıb. Lent.az-ın məlumatına görə, müğənni “Heç vaxt heç yerdə” verilişində bildirib ki, səhhətinə görə efirlərə çox çıxa bilmir:

"Getdim müayinəyə. Tam başqa bir xəstəlik üçün getmişdim. Həkimlər dedi ki, bunu da yoxlamalıyıq. Mənə dedilər ki, bədxassəli xərçəng var. Əməliyyat olundum. Demişdim, heç vaxt heç yerdə deməyəcəm".

Xalq artisti daha sonra bildirib ki, bu yaxınlarda yıxılıb və ayaqları zədələnib: “Ayağımın biri sınıb, biri əzilib. İndi şişdir. Yeriyə bilmirəm".

Paylaş
Xəbər lentİ