Səidə Sultan özündən çıxdı: "Natavan, Röya nəyimə lazımdı?.."

Oxunma sayı: 371
24-02-2021, 09:44

Səidə Sultan özündən çıxdı: "Natavan, Röya nəyimə lazımdı?.."
Müğənni Səidə Sultan MTV Azərbaycan kanalında qalmaqallı açıqlamaları ilə yenidən gündəmə gəlib.

Arasdırma.info xəbər ki, müğənni kinli insan olmadığını deyib: "Kinli deyiləm. Dözərəm, keçərəm. Bəlkə beş-on il də dostuma nəyisə keçə bilərəm. Amma zamanı gələndə silirəm, həyatımdan birdəfəlik gedir".

Müğənni Röya Ayxan və Natavan Həbibinin adını eşidəndə özündən çıxıb: "Mənə Röya Ayxan, Natavan Həbibi haqqında sual verməyin! Natavan, Röya nəyimə lazımdır? Özləri bilərlər. Axı, mən niyə onlar haqda danışım?! Sanki onların vəkiliyəm?!"

Müğənni imicinin birmənalı qarşılanmamasına da münasibət bildirib: "Hər kəs özü üçün yaşayır. İnsanlar niyə mənə müdaxilə etsin ki?! Mən özümü belə görürəm və belə rahatamsa, heç kim azadlığımı əlimdən ala bilməz. İnsanlara görə dəyişə bilmərəm".//teleqraf

Paylaş
Xəbər lentİ